Qazaxıstanda parlament seçkiləri başladı

19-03-2023, 10:04           
Qazaxıstanda parlament seçkiləri başladı
Qazaxıstanda parlamentə və yerli nümayəndəlik orqanlarına seçkilər başlayıb.

Publika.az xəbər verir ki, seçki məntəqələrində yerli vaxtla saat 7:00-da başlayan səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.

Saat 20:00-dan sonra səslərin hesablanması proseduruna başlanacaq. Bu il səslərin hesablanması proseduru həmişəkindən daha uzun olacaq. Bu, bülletenlərin daha çox olması ilə bağlıdır.

Bəzi ölkələrdə saat qurşağına görə səsvermə Qazaxıstandan daha tez başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.