Türkiyə xaricində səs verən seçicilərin sayı açıqlandı

26-05-2023, 00:03           
Türkiyə xaricində səs verən seçicilərin sayı açıqlandı
Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində və sərhəd-buraxılış məntəqələrində səs verənlərin sayı 1 milyon 902 min 417 nəfərə çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, prezident seçkilərinin ikinci turunda xaricdə səs verənlərin sayı ilk turda səs verənləri keçib. Belə ki, prezident seçkilərinin birinci turunda 1 milyon 839 min 470 nəfər səs verib. Üstəlik ilk turda xaricdə səsvermə müddəti 13 gün olub.
Qeyd edək ki, xaricdəki nümayəndəliklərdə səsvermə proseduru mayın 24-də başa çatıb, sərhəd-buraxılış məntəqələrində isə mayın 28-i saat 17.00-dək davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru