Türkiyədə toyda dava düşdü: 11 nəfər yaralandı

26-05-2023, 09:38           
Türkiyədə toyda dava düşdü: 11 nəfər yaralandı
Türkiyənin Mardin şəhərində toy mərasimində iki düşmən ailə arasında mübahisə silahlı dava ilə nəticələnib.

Acu və Çavuşoğlu ailələrinin üzvləri bir-birilərinə stol, stul atıb, odlu silahdan istifadə ediblər.

Hadisə nəticəsində 11 nəfər yaralanıb.

Çağırışla əraziyə polis və səhiyyə qrupları gəliblər. Dava polislər tərəfindən dayandırılıb.
Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma başlanılıb.

Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.