Türkiyənin Suriyadakı bazası atəşə tutuldu

11-07-2023, 12:24           
Türkiyənin Suriyadakı bazası atəşə tutuldu
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Azaz şəhəri (Ərəb Respublikasının şimal-qərbində yerləşən Hələb vilayəti) yaxınlığında yerləşən bazası raket atəşinə məruz qalıb.

Məlumata görə, zərbə nəticəsində bir əsgər şəhid olub, daha bir neçəsi müxtəlif dərəcəli xəsarətlər alıb.

Hücumun arxasında hansı qüvvələrin olması barədə məlumat yoxdur.
Xatırladaq ki, Türkiyə 2017-ci ildən bəri Suriyanın şimal bölgələrində üç hərbi əməliyyat keçirib: “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Sülh çeşməsi”. Nəticədə Hələbin şimalındakı Azaz və Cerablus şəhərləri arasında bufer təhlükəsizlik zonası yaradılıb, Afrin və Fərat çayının şərqindəki sərhəd bölgələri nəzarətə götürülüb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru