Ərdoğan qədər təcrübəli siyasətçi dünyada çox az qalıb,...

12-07-2023, 12:34           
Ərdoğan qədər təcrübəli siyasətçi dünyada çox az qalıb,...
Ərdoğan qədər təcrübəli siyasətçi dünyada çox az qalıb, hamını suya susuz aparıb, susuz da gətirir, hamıdan Türkiyə və öz xeyrinə istifadə edir - bu nadir bacarıqdır.
Seçkilərdən həmən sonra ölkə əhalisinin yarısının ona qarşı olduğunu gördü, mesajı aldı, siyasətində dəyişiklik etməyə başladı.
Son həftələr Qərblə isinişən münasibətləri, Türkiyənin yenidən AB üzvlüyü məsələsinin aktuallaşması, NATO-da ən böyük söz sahibi olan 3-4 ölkədən biri, NATO-nun 2-ci ən güclü ordusuna sahib olması qardaş ölkənin uğurudur, amma həm də bizə - Azərbaycana müsbət təsirləri olacaq. Türkiyənin Qəbrlə yaxınlaşması rəsmi Bakının siyasətinə də təsir edəcək, hətta 5-6 ildən sonra Bakının ÜTT ilə yenidən danışıqlara başlaması bunun ilkin işarəsidir.
Qardaş Türkiyənin siyasi xətti, xarici siyasət prioritetləri Azərbaycan üçün də yol-iz açır. Rəsmi Bakı bu il AB ilə strateji sazişi də imzalaya bilər, bu isə ölkəmizə, əsas da vətəndaş cəmiyyətinə müsbət təsir göstərəcək...
Natig Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru