"Peçevin tarixi"-nin müəllifi Peçevi İbrahim Əfəndi

13-07-2023, 14:54           
"Peçevin tarixi"-nin müəllifi Peçevi İbrahim Əfəndi
Macarıstanın Peç şəhərində İbrahim Əfəndiyə heykəli.
Peçevi İbrahim Əfəndi (1574-1650) Osmanlı tarixçisi və salnaməçisi. "Peçevin tarixi" kimi tanınan əsərin müəllifidir.
İbrahim Macarıstanın Peç şəhərində (adı burdan gəlir) aristokratik Osmanlı ailəsində anadan olub. Ulu babası Qara-Davud, babası Cəfər-Bəy və atası Bosniyada Alaybəylər (alay komandirləri) olublar (buna görə də onların ailəsi Alaybəy-Oğullar adlanırdı). Tarixçinin anası zadəgan Bosniyalı Sokollu (Sokoloviç) ailəsindən idi. 14 yaşında yetim qalan İbrahimi əmisi Buda bəylərbəyi Fərhad Paşa, daha sonra isə digər qohumu Anadolu bəylərbəyi Lalə Mehmed Paşa götürdü. Sonuncu nəhayət, iki dəfə (19 noyabr - 28 noyabr 1595-ci il və 5 avqust 1604 - 21 iyun 1606-cı il) baş vəzir kimi Osmanlı hökumətinə başçılıq etdi və 1615-ci ildə vəfat edənə qədər İbrahim Peçevinin himayədarı olaraq qaldı. 1594-cü ildə İbrahim orduya qatılır və Osmanlı ordusunun Macarıstandakı hərbi yürüşlərində iştirak edir. İbrahim himayədarı Lalə Mehmed Paşanın ölümündən sonra dövlət bürokratik aparatında xidmət etməyə başlayır və Rumeli və Anadolunun bir sıra şəhərlərində deftərdar kimi işləyib. 1641-ci ildə, yəni artıq yaşda olan Peçevi xidməti tərk edərək Budada məskunlaşır və ömrünün son illərini burada öz tarixi əsərini yazmaqla keçirir.
“Peçev tarixi” 1520-1640-cı illəri əhatə edir və bu dövrün Osmanlı tarixini öyrənmək üçün əsas mənbələrdən biridir. Peçevi Qərb yazılı mənbələrindən istifadə edən ilk Osmanlı tarixçisi oldu: o, macar dilini bilirdi və əsərində macar tarixçiləri Kaspar Haltai və İştvanfinin yazılarına istinadlar var.
Эльдар Тагиев
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.