Ərdoğan İlon Maskla görüşdü

18-09-2023, 11:25           
Ərdoğan İlon Maskla görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı milyarder İlon Maskla görüşüb.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, görüş Nyu-Yorkda fəaliyyət göstərən "Türk Evi"ndə baş tutub.

Məlumata görə, görüş zamanı Ərdoğan İlon Maskı “Tesla” şirkətinin 7-ci zavodunu Türkiyədə yaratması üçün çağırış edib.

Bununla yanaşı, Türkiyə lideri Maskı İzmir şəhərində keçiriləcək “Teknofest”ə də dəvət edib.
Görüş ümumilikdə mətbuata qapalı keçirilib.

Milyarder Ərdoğanla görüşə oğlu ilə birlikdə gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru