Təbrizdə yaşayan Əlirza Şirdel və Pejman İslami həbsxanaya köçürülüb
28-09-2023, 12:07
Təbriz sakinləri Əlirza Şirdel və Pejman İslami təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, müvafiq olaraq Həmədan və Təbriz həbsxanalarına köçürülüb.
Azərbaycan İnsan Haqları Təşkilatının (AHRO) yayımladığı məlumata istinadən, Təbriz sakini olan Pejman İslami və Əlirza Şirdel müvafiq olaraq 5 il sürgündə həbs və 2 il həbs cəzasının tətbiqi üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq həbsxanaya köçürülüb.
Pejman İslaminin sürgündə 5 il həbs cəsasını tətbiq etmək üçün Həmədanın Alvand (Əlvənd) həbsxanasına və Əlirza Şirdel isə Təbriz həbsxanasına köçürüldüyü bildirilir.
Əlireza Şirdel və Pejman Eslami həbs edilərək həbsxanaya aparılıb
Təbriz sakinləri Əlireza Şirdel və Pejman Eslami təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək müvafiq olaraq Həmədan və Təbriz həbsxanalarına aparılıb.
Yayımlanan xəbərə görə, bu şəxslər əvvəlcədən xəbər verilmədən və məhkəmədən çağırış vərəqəsi almadan, təhlükəsizlik qüvvələri tərəfindən istədikləri yerə çağırılaraq tamamilə qeyri-qanuni və gizli bir şəkildə tutularaq həbsxanaya köçürülüblər.
Həmin məhbuslar, keçən il İranda ümummilli etirazlar fonunda Təbriz şəhərində keçirilən etiraz aksiyalarında həbs edilmişdi.
Pejaman və Əlirza daha əvvəl Təbriz Ümumi və İnqilab Məhkəməsi tərəfindən barələrində cəmi 16 il həbs qərarı çıxan 6 vətəndaş arasında olub.