Türkiyədə çevriliş cəhdi zamanı prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücum edən zabitlərdən biri tutulub.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, məlum hadisələr baş verən zaman ölkə başçısı Marmarisdə otellərin birində istirahətdə olub. Bu zaman qiyamçılar prezidentin qaldığı otelə basqın ediblər. Lakin çevriliş təşəbbüsünün qarşısı alındıqdan sonra otelə hücum edən əsgərlərdən bir neçəsi qaçıb.
Bu gün isə həmin qaçaq əsgərlərdən biri - baş leytenant Əli Sarıbəy Muğla bölgəsində mülki paltarda ələ keçirilib. Məlumata görə, hərbçi artıq Marmaris Polis İdarəsinə aparılıb.