İstanbulda sübh tezdənFETÖ əməliyyatı

5-08-2016, 11:37           

Bu gün sübh tezdən İstanbulda FETÖ-ya qarşı növbəti əməliyyat başlayıb.

Starteq.az xəbər verir ki, çevriliş cəhdində şübhəli bilinən bir çox şəxsin həbs olunduğu bildirilirsə də, onların sayı və konkret olaraq nədə ittiham edildikləri barədə heç bir məlumat verilmir.

Təhlükəsizlik və polis orqanlarının hazırladığı birgə əməliyyat Maltepe, Kartal, Pendik rayonlarında və eyni zamanda keçirilib. Əməliyyatların daha geniş vüsət alacağı gözlənilir. Nədən ki, 15 iyul hadisələri çərçivəsində bəzi dustaqların FETÖ-nün maliyyə qaynaqları və dövlət orqanlarına yerləşdirdikləri üzvləri barədə önəmli etiraflarda bulunduqları bildirilir.

Məlumata görə, etirafçılardan biri Ərdoğanın Marmarisdə qaldığı məkana hücuma rəhbərlik edən və TSQ pilotlarının imamı sayılan proporşik Zəkəriyyə Quzudur. O, 17 saat davam edən ifadəsində 500-dən artıq silahdaşını ələ verib. Quzunun quzu qiymətinə satdığı silahdaşları arasında indiyə qədər Türk kəşfiyyatının təsbit edə bilmədiyi 57 FETÖ imamı da var.

Görünür, bu gün İstanbulda keçirilən əməliyyatlar da FETÖ etirafçılarınin verdiyi xəbərlər istiqamətində aparılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.