Ankarada Ərdoğanla Nazarbayev arasında təkbətək görüş olub

5-08-2016, 21:21           
Ankarada Ərdoğanla Nazarbayev arasında təkbətək görüş olub
Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında təkbətək görüş keçirilib.

RİA Novosti xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçıları ikitərəfli əlaqələrin hazırkı vəziyyətini, Türkiyə-Qazaxıstan strateji əməkdaşlığının bir sıra istiqamətlərdə gücləndirilməsinin perspektivlərini, həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər.

* * *13:20

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəyə rəsmi səfərə gedib.

"Report" Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Esenboğa Beynəlxalq Hava Limanında N.Nazarbayevi Türkiyənin yüksək vəzifəli dövlət rəsmiləri qarşılayıb.

Qazaxıstan dövlət başçısı hava limanından Türkiyə prezidentinin rəsmi iqamətgahına yollanıb.

Səfər zamanı N.Nazarbayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də regional məsələlər müzakirə ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru