Keçmiş azərbaycanlı rektor vəzifəsindən – Kənarlaşdırılıb

5-08-2016, 23:19           
Keçmiş azərbaycanlı rektor vəzifəsindən – Kənarlaşdırılıb
Ali təhsil müəssisəsinin 21 əməkdaşı barəsində araşdırma başlanıb

Türkiyənin Giresun Universitetinin keçmiş azərbaycanlı rektoru, professor, doktor Aygün Əttar müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.
“Report” “Cumhuriyet”ə istinadən xəbər verir ki, ölkədə dövlət çevrilişi cəhdindən sonra Ali Təhsil Şurasının (YÖK) müraciəti əsasında aparılan istintaq tədbirləri çərçivəsində bu universitetin 21 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb və barələrində araşdırma başlanıb. Onların arasında azərbaycanlı professor da var.
Qeyd edək ki, A.Əttar 4 il Giresun Universitetinin rektoru olub. O, bu ilin mart ayında ən yüksəs səs toplamasına baxmayaraq, ali təhsil müəssisəsinə rektor təyin edilməyib. A.Əttar vəzifəsindən kənarlaşdırılanadək Giresun Universitetinin Ədəbiyyat fakültəsinin tarix bölməsinin rəhbəri idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.