Qiyamçı şəbəkənin gizli tuneli tapıldı

6-08-2016, 08:00           
Qiyamçı şəbəkənin gizli tuneli tapıldı
Türkiyədə 15 iyulda baş verən hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində bağlanılan Ali İstedadlar Məktəbi və Anadolu Liseyinin yerləşdiyi ərazidə gizli tunel tapılıb.

Axar.az xəbər verir ki, İzmir şəhərinin Bayraqlı mahalındakı tunelin yeməkxana ilə məscid arasında qazıldığı öyrənilib.

Uzunluğu 200, hündürlüyü 2 və eni 1 metr olan tunelə elektrik enerjisinin verildiyi də məlum olub.

Onun hansı məqsədlə istifadə edildiyi məlum deyil.

Qeyd edək ki, tunel Gülən camaatına məxsus məktəblərin birində təhsil alan keçmiş tələbənin məlumatı əsasında tapılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru