Türk general Azərbaycandan geri çağrılmasının səbəbini açıqladı

6-08-2016, 08:28           

Bu dəqiqələrdə general İ.Başbozkurt virtualaz.org-un redaksiyasına zəng edərək, təcili şəkildə Türkiyə KİV-də yayılmış məlumatla bağlı onun bəyanatını dərc etməyimizi xahiş edib:

«Mən bu məlumatı qəti şəkildə təkzib edirəm. Məni təqaüdə çıxdığıma görə geri çağırıblar və bu məsələ dövlət çevrilişinə cəhddən xeyli əvvəl həll edilmişdi. Mən həyatımın 1 ilini Azərbaycan ordusunun qurulmasına və möhkəmlənməsinə sərf etmişəm. Mənim babam hələ ötən əsrin əvvəllərində Qarabağda erməni zülmünə qarşı vuruşub.

Mənim adımı Fətullah Gülənin icması ilə bağlamaq kimin ağlına gəlib? Bu ki Türkiyənin, bütün türk dünyasının, Azərbaycanın düşmənidir! Mən qəti şəkildə bu fikirləri və şayiələri təkzib edirəm.

Mənim Azərbaycanda olduğum müddət bitib. Təqaüdə çıxmışam. Heç bir siyasi motiv yoxdur», - virtualaz.org-a verdiyi bəyanatda general İ.Başbozkurt belə deyib.
virtualaz.orq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru