Türk general ordunu Suriya sərhədindən geri çəkibmiş

6-08-2016, 15:58           
Türk general ordunu Suriya sərhədindən geri çəkibmiş
15 iyul dövlət çevrilişinə cəhd zamanı Türkiyə-Suriya sərhədi nəzarətsiz qalıb.

Axar.az xəbər verir ki, Qaziantep komandirlərindən general Murad Soysal Türkiyə-Suriya xəttindəki ən təhlükəli bölgələrdən sayılan Karkamış, Əlibəyli, Öncüpınar və Taxta Köprü səddində sərhədi qoruyan birliklərə geri çəkilmək əmri verib.

General hərbçilərə heç bir vəziyyətdə Suriya istiqamətinə top atəşləri açmamağı əmr edib. Generalın əmrini yerinə yetirən birliklər çevrilişə cəhdin qarşısı alındıqdan sonra yenidən sərhədə qaytarılıb.

Qeyd edək ki, Soysalın geri çəkilin əmri verdiyi bölgədə İŞİD-in nəzarətində olan Cerablus yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru