Kürdlər Türkiyə ilə sərhəddə bir şəhəri ələ keçirdilər

6-08-2016, 16:18           
Kürdlər Türkiyə ilə sərhəddə bir şəhəri ələ keçirdilər
Suriyanın kürdlərdən və ərəblərdən ibarət müxalif qüvvələri ABŞ-ın dəstəyi altında Suriyanın şimal-şərqində strateji əhəmiyyətli Manbic şəhərini ələ keçiriblər.

Avropa.info xəbər verir ki, Türkiyə sərhədi yaxınlığında yerləşən şəhər uğrunda döyüşlər 2 ay davam edib. İŞİD bu şəhəri iki ildir ki, əldə saxlayırdı.

Londonda qərarlaşan Suriya İnsan Haqları Monitorinq Mərkəzinin məlumatına görə, şəhərdə hələ də İŞİD üzvləri qalır.

Reyter müxalif alyansın nümayəndəsi Şarfan Dərvişə istinadən bildirir ki, şəhərdə döyüşlər davam edir, lakin İŞİ-çilərin əksəriyyəti şəhərdən çıxarılıb.

Manbic Türkiyə sərhədi və Raqqanı birləşdirən şəhər olduğundan İŞİD üçün strateji əhəmiyyətə malik idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru