Gülənin "sağ qolu" fətullahçı nazirləri açıqladı - ŞOK ADLAR

6-08-2016, 16:22           
Gülənin "sağ qolu" fətullahçı nazirləri açıqladı - ŞOK ADLAR
Bir vaxtlar Fətullah Gülənin ən yaxın adamlarından biri olan və onun "sağ qolu" kimi tanınan Nurəddin Verən Türkiyənin iqtidar partiyası AKP içərisindəki Gülən tərəfdarı nazirlərin adlarını açıqlayıb.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, "CNN Türk"də proqramlardan birində qonaq olan N. Verən bir sıra mühüm məlumatlar açıqlayıb.

N. Verən açıqlamasında AKP-li keçmiş nazirlər Cəmil Çiçək, Əbdülqadir Aksu, Bülənt Arınç və Vəcdi Gönülün gülənçilərlə birlikdə olduğunu dilə gətirib: "Mən həqiqəti deyirəm. İndi çıxıb "yanılmışıq2 deyə bilərlər, amma mən 2008-2009-cu ilərdə gedib onlarla üz-üzə söhbət elədim, məni dinləmədilər”.

Qeyd edək ki, adı çəkilən keçmiş nazirlərdən Bülənt Arınç və Cəmil Çiçək bir neçə il Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsini də icra ediblər. Onlar AKP içərisində ən nüfuzlu şəxslərdən sayılıblar və hazırki prezident Ərdoğanın baş nazirliyi dövründə ona ən yaxın nazirlərdən olublar. Hər iki siyasətçi bir müddət partiyanın sözçülüyünü də edib. Adı çəkilənlərdən Vecdi Gönül isə uzun müddət Müdafiə Nazirliyinə rəhbərlik edib. O, ən son Əhməd Davudoğlunun dövründə müdafiə naziri olub. Əbdülqadir Aksu isə AKP-nin ilk nazirlərindən biri olub. O, Ərdoğan hakimiyyətinin ilk illərində gömrük naziri postunu tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru