Türkiyənin tanınmış aktyoru həbs olundu

6-08-2016, 22:07           
Türkiyənin tanınmış aktyoru həbs olundu
Türkiyədə tanınmış komediya aktyoru Atalay Dəmirçi həbs olunub.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, avqustun 5-də saxlanılan A. Dəmirçi bu gün məhkəmə qarşısına çıxarılıb.

FETÖ terror təşkilatı ilə əlaqələrə görə ittiham olunan sənətçi məhkəmədə Fətullah Gülənə yaxınlığı ilə tanınan keçmiş futbolçu Hakan Şükür və basketbolçu Enes Kanterlə yazışdığını və görüşdüyünü bildirib.
Qeyd edək ki, bir müddət öncə sosial şəbəkədəki hesabı sındırılan A. Dəmirçinin H. Şükür və E. Kanterlə yazışmaları yayımlanıb. Yazışmalar ictimai qınağa səbəb olduğu üçün aktyor səhvə yol verdiyi etiraf edib, 15 iyul gecəsi Fətullah Gülən terror təşkilatı tərəfindən çevriliş cəhdindən sonra fikrini dəyişdiyini bildirib.
Qeyd edək ki, A. Dəmirçi 30-dan çox ölkədə 3000-dən artıq konsert verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru