Türkiyədə çevriliş cəhdi nəticəsində ölənlərin ailəsinə kompensasiya ödəniləcək

7-08-2016, 09:41           
Türkiyədə çevriliş cəhdi nəticəsində ölənlərin ailəsinə kompensasiya ödəniləcək
Türkiyə hökuməti hərbi çevriliş cəhdi nəticəsində ölən və xəsarət alanların ailəsinə kompensasiya ödəyəcək.

APA-nın “CNN Türk” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin əmək və sosial təminat naziri Süleyman Soylu bildirib.

Nazirin sözlərinə görə, mülki və xidmət çəkən şəxslərin ailələri 240 min lirə məbləğində (79 min dollar) birdəfəlik kompensasiya alacaqlar.

Bundan başqa, onlara hər ay 3,2 min lirə (1000 dollaradək) müavinət veriləcək, həmçinin, ailənin iki üzvü daimi işlə təmin olunacaq.

Qeyd edək ki, Türkiyədə iyulun 16-na keçən gecə hərbi çevriliş cəhdi nəticəsində 246 nəfər (qiyamçıları çıxmaq şərti ilə) həlak olub, 2 mindən çox şəxs yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.