Hakan Fidan Blinkenlə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarını müzakirə etdi

22-02-2024, 19:21           
Hakan Fidan Blinkenlə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarını müzakirə etdi
Hazırda oxunan: Hakan Fidan Blinkenlə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarını müzakirə etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken Braziliyada ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, Fidan və Blinken Qəzza zolağında mümkün qədər tez tam atəşkəsin təmin edilməsi üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparıblar.

“G-20” xarici işlər nazirlərinin Rio-de-Janeyro görüşündə tərəflər arasında Ukrayna müharibəsi, NATO-nun genişlənməsi prosesi, Azərbaycan və Ermənistan arasında sülh danışıqları və digər regional məsələlər də müzakirə olunub.

Görüşdə qarşıdakı dövrdə həyata keçiriləcək yüksək səviyyəli səfərlərin qrafiki də diqqət mərkəzində olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru