“Cavan oğlan, sizə elə gəlmir ki, bir az əvvəl sizi aldatdılar”...

Bu gün, 10:14           
“Cavan oğlan, sizə elə gəlmir ki, bir az əvvəl sizi aldatdılar”...
"Bir az əvvəl sizi aldatdılar"
SSRİ dağılanda Ukraynanın 1.900 nüvə başlığı vardı. Yəni ABŞ və Rusiyadan sonra Ukrayna üçüncü ən böyük nüvə dövləti idi. Ancaq 1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT-in konfransında Belarus, Qazaxıstan və Ukraynanın Nüvə silahının yayılmaması müqaviləsinə qoşuldu. Rusiya, ABŞ, Böyük Britaniya, Çin və Fransa isə bu sənədə imza atdı.

Ukrayna Respublikasının 2-ci Prezidenti Leonid Kuçma (19 iyul 1994 – 23 yanvar 2005) həmin sənədə imzaladı. 1981–1995-ci illərdə Fransa Respublikasının Prezidenti olmuş Fransua Mitteran imzalanma mərasimindən dərhal sonra Leonid Kuçmaya yaxınlaşır və tarixə yazılan bir söz deyir: “Cavan oğlan, sizə elə gəlmir ki, bir az əvvəl sizi aldatdılar”...
Leonid Kuçma o vaxt nüvə silahını Rusiyaya verməsydi Rusiya heç vaxt Ukraynaya hücum etməyə cəsarət etməzdi. Siyasətdə belə səhvlərin bədəli fəlakət olur. Rusiya Krımı işğal edəndə Leonid Kuçma səhv etdiyinin fərqinə vardı. Onda isə çox geç idi..
Elbəyi Həsənli, Sürix
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.