Kreditlərin artmasında gözügörünməz SƏBƏB
Bu gün, 09:44

Azərbaycanın bank sektorunda son müşahidələr kreditlərin ümumi həcminin yenə böyük sürətlə artdığını göstərir.
Bunu statistik rəqəmlər də təsdiq edir. Məlumata görə, Azərbaycan banklarının verdiyi kreditlərin ümumi həcmi 27 milyard 514 milyon 700 min manata çatıb.
Kredit həcmində yanvar ayı ilə müqayisədə artım qeydə alınıb. Belə ki, yanvar ayında bankların verdiyi ümumi kreditin həcmi 27 milyard 477 milyon 700 min manat olub. Bu isə 37 milyon manat artım deməkdir.
Maraqlıdır, Azərbaycanda kreditlərin həcminin artmasına səbəb nədir?
Əslində, kreditlərin ümumi həcminin artmasının müxtəlif səbəbləri var. Ən mühüm səbəblərdən biri ondan ibarətdir ki, yayda kreditlərə tələbat turizmə görə artır.
Yəni insanlar kredit götürüb xarici ölkələrə səfərlərə gedirlər. Bildirək ki, quru yollar bağlı olduğundan, son illər Azərbaycana hava nəqliyyatı ilə xarici səfər edənlərin sayı ildən-ilə artır.
Azərbaycanda fəaliyyət göstərən banklar mütəmadi olaraq daimi müştərilər üçün güzəştli kredit kampaniyaları elan edir. Bu kredit şərtləri mütəmadi olaraq müştərilərin xeyrinə dəyişdirilir.
Bu gün turizmin kreditlərin ümumi həcminin artmasında payı kifayət qədərdir. Bu baxımdan ehtimal etmək olar ki, qarşıdakı 3 ay ərzində kreditlərin ümumi həcmi daha da artacaq.