"Satılmırıq və alına da bilmərik" - Baş nazirdən Trampa etiraz

6-03-2025, 12:44           
"Satılmırıq və alına da bilmərik" - Baş nazirdən Trampa etiraz
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı Birləşmiş Ştatlara qoşulmağa dəvət edən və adaya nəzarəti ələ keçirmək istəyini təkrarlayan açıqlamaları Qrenlandiya administrasiyasının sərt reaksiyası ilə qarşılanıb.

Belə ki, Baş nazir Lal Bourup Egede Trampın bu bəyanatlarına doğru hesab etmədiklərini açıqlayıb.

“Biz satılmırıq, gələcəyimizə yalnız biz qərar veririk! Biz amerikalı və ya danimarkalı olmaq istəmirik, biz Qrenlandiyalıyıq. Amerikalılar və onların liderləri bunu başa düşməlidirlər. Satılmırıq və alına da bilmərik”,-deyə o, qeyd edib.

Xatırladaq ki, Donald Tramp ABŞ Konqresindəki çıxışında Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyini bildirib, lakin adanın milli və beynəlxalq təhlükəsizlik baxımından ABŞ üçün kritik olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru