İranda çoxarvadlı kişilərin sayı açıqlanıb

Bu gün, 12:22           
İranda çoxarvadlı kişilərin sayı açıqlanıb
"İranda rəsmi qeydə alınmış çoxarvadlı kişilərin sayı 300 min nəfərə çatıb".

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bunu İranın idman və gənclər nazirinin müavini Əlirza Rəhimi deyib.

Onun sözlərinə görə, çoxarvadlılıq daha çox Kerman, Sistan və Bəluçistan, Gülüstan, Kürdüstan və Cənubi Xorasan əyalətlərində qeydə alınıb.

Nazir müavini vurğulayıb ki, böyük şəhərlərdə və modern bölgələrdə bu hala az rast gəlinir, çünki həmin yerlərdə çoxarvadlılıq cəmiyyət tərəfindən yaxşı qarşılanmır.

İran rəsmisi sosial şəbəkədə çoxarvadlılığın təbliğ olunması ilə bağlı narahatlığını da dilə gətirib və deyib ki, bəziləri izləyici sayını artırmaq və maddi qazanc əldə etmək məqsədilə bu həyat tərzini virtual məkanda təbliğ edirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.