Məhkum bankirin Britaniyadakı 5 milyonluq hesabına həbs qoyuldu - TƏFƏRRÜAT

6-03-2025, 09:32           
Məhkum bankirin Britaniyadakı 5 milyonluq hesabına həbs qoyuldu - TƏFƏRRÜAT
“Zaminbank” ASC-nin (red.-fəaliyyəti dayandırılıb) məhkum edilmiş sədri Nadir İsmayılovun Böyük Britaniyadakı bank hesabında 2,5 milyon funt-sterlinq (5,4 milyon AZN) pul aşkar edilməsi və Azərbaycanın icra şöbəsinin həmin hesab üzərinə həbs qoyulması müraciəti barədə məlumat vermişdik.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi icra şöbəsinin təqdimatını təmin edib.

Qərara əsasən Nadir İsmayılova məxsus 5 milyon manatlıq bank hesabına həbs qoyulub.

Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub.

Mənimsəmə, dələduzluq və digər cinayətlərdə təqsirli bilinən İsmayılov 10 il azadlıqdan məhrum edilib.

Məhkəmə istintaqı ilə sübut edilib ki, “Zaminbank”ın ümumi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır. Sözügedən səbəbdən bank sahibinin Bakının müxtəlif ərazilərində olan daşınmaz obyektləri, o cümlədən lüks avtomobilləri müsadirə edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru