"Bir ildən artıqdır ki, bu məbləğ hesaba köçürülmür..." - NARAZILIQ VAR...

6-03-2025, 12:21           
"Bir ildən artıqdır ki, bu məbləğ hesaba köçürülmür..." - NARAZILIQ VAR...
Lənkəran rayonu, Girdəni kənd sakini Əliyev Əflatun Aşur oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Ə.Əliyev Kənd Təsərrüfat Nazirliyindən (KTN) şikayətçidir:

“Mən, Əliyev Əflatun Aşur oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, Girdəni kəndində kiçik bir heyvandarlıq təsərrüfatım var. Heyvanlarım süni mayalanma, texniki mayalanma nəticəsində buzovlar doğub. Qeyd edim ki, süni mayalanma ilə buzovlar doğulandan sonra rəsmi qurumlar tərəfindən onlara "birka"lar vurulub. Həmin "birka"lar əsasında Kənd Təsərrüfat Nazirliyi hər buzova görə 100 AZN (manat) pul ödəniş etməlidir. Lakin bir ildən artıqdır ki, bu məbləğ hesaba köçürülmür.

Hər dəfə maraqlandığımız zaman "bu ay, o ay", - deyib bizi gözlədirlər. Niyə bu qədər gecikdirirlər? Onlar üçün 100 manat pul elə böyük bir məbləğ deyil axı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru