Tramp bu şərtlə Ukraynaya hərbi yardımı bərpa edəcək - ABŞ nəşri açıqladı

6-03-2025, 10:24           
Tramp bu şərtlə Ukraynaya hərbi yardımı bərpa edəcək - ABŞ nəşri açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh sazişi üzrə danışıqlara və faydalı qazıntılar üzrə müqavilə imzalamağa hazır olduğunu bəyan etməsindən sonra ABŞ Ukraynaya hərbi yardımı bərpa etməyib.

Bu barədə “The Wall Street Journal” və “The New York Times” yazır.

“WSJ” yüksək rütbəli ABŞ rəsmilərinə istinadən yazır ki, Zelenskinin bəyanatının Donald Trampı Ağ Evin bir gün əvvəl dayandırdığı Ukraynaya hərbi yardımı bərpa etməyə inandırmaq üçün kifayət edib-etməyəcəyi bəlli deyil.

“ABŞ rəsmiləri bildiriblər ki, fasilə Tramp Zelenskinin Rusiya ilə sülh danışıqlarını dəstəklədiyinə qərar verənə qədər davam edəcək”, - nəşr yazıb.

Qeyd olunur ki, yardımın dayandırılması ilə bağlı qərar “Ukrayna liderinə Ağ Evin sülhün əldə edilməsinə ciddi yanaşdığını göstərmək” məqsədi daşıyır. Nəşrin istinad etdiyi rəsmilər deyirlər ki, hətta faydalı qazıntılar üzrə saziş imzalamaq belə “Trampı yardımı bərpa etməyə inandırmaq” üçün kifayət olmaya bilər.

“NYT” həmçinin qeyd edib ki, Tramp prezident Zelenskinin sülh sazişi və minerallar müqaviləsi üzrə danışıqları bərpa etmək təklifini alqışlayaraq, “eyni zamanda, Ukraynaya yeni silahların və zəruri yardımların tədarükünə qadağa qoyub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru