Qızı ağır xəstəlikdən vəfat edən ata ÖZÜNÜ ÖLDÜRDÜ
Bu gün, 09:49
Zaqatalada 71 yaşlı kişinin meyiti köhnə tikilidə asılı vəziyyətdə tapılıb.
TEREF APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Muğanlı kəndində baş verib.
Kənd sakini 71 yaşlı Baxış Hüseyn oğlu Hüseynovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki köhnə tikilidə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar olunub. İlkin araşdırma zamanı B.Hüseynovun intihar etdiyi məlum olub.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
Əldə olunan məlumata görə, B.Hüseynovun ailə quraraq rayonun Qandax kəndinə köçən qızı bir-neçə ay əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib.
Yaxınları övladının vaxtsız ölməsinin atasına pis təsir etdiyini, daim fikirli göründüyünü deyib.