Rusiyadan AZAL təyyarəsi ilə bağlı sirli addım – Razılaşdırılıb…

Bu gün, 09:12           
Rusiyadan AZAL təyyarəsi ilə bağlı sirli addım – Razılaşdırılıb…
Rusiya şirkətinin AZAL təyyarəsinib qəzaya uğramasına görə sığorta ödənişi ilə bağlı açıqlaması diqqət çəkib. Belə ki, “АльфаСтрахование” şirkəti qəza ilə əlaqəli aviakasko üzrə sığorta ödənişlərinin tam şəkildə həyata keçirildiyini bildirib.

Bu açıqlama necə izah olunmalıdır?

Globalinfo.az-a politoloq Yusif Bağırzadə deyib ki, sözügedən ödəniş müvafiq beynəlxaq öhdəliklərlə əlaqəlidir:

“AZAL təyyarəsi vasitəsilə Bakı-Qroznı reysi zamanı sərnişinlərin daşınması həm Azərbaycan, həm də Rusiyanın tərəfdar olduğu 1999-cu il beynəlxalq Monreal Konvensiyası ilə tənzimlənir. “АльфаСтрахование” ilə AZAL arasında bağlanan müqavilə Rusiyaya uçuşlarla bağlı riskləri əhatə edir. Ödənişlər də Rusiya Federasiyasının 67-FZ saylı mülki məsuliyyətin icbari sığortası (OSGOP) qanununa uyğun olaraq həyata keçirilib. Fikrimcə, Rusiya hökumətinin icazəsi olmadan sığorta şirkəti belə bir addım ata bilməz. Qərar hökumətlə razılaşdırılıb”.

Politoloq bildirib ki, bu, Rusiya tərəfinin səhvdən nəticə çıxarması kimi qəbul olunmamalıdır:

“Moskva hələ də bütün faktlara rəğmən təyyarənin vurulmasına görə üzr istəməyib. Günahkarların cəzalandırılması istiqamətində addım atmayıb və təzminat da ödəməyib. Sığorta şirkətinin ödənişləri təzminat demək deyil. Bu, öhdəlik idi və bundan yayınmaq AZAL-a həmin sığorta şirkəti ilə bağlı məhkəmələrə müraciət hüququ verə bilərdi”.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.