Əhali narahatdır: Bunun zəlzələ xəbərçisi olduğuna inanırlar - VİDEO

22-02-2024, 17:26           
Əhali narahatdır: Bunun zəlzələ xəbərçisi olduğuna inanırlar - VİDEO
Qış aylarında peyda olan bəzi canlıların zəlzələ xəbərçisi olduğunu düşünən vətəndaşlar narahat olublar.

Türkiyənin Tunceli rayonunun Hozat səmtində qış yuxusuna getdiyi güman edilən ilanlar qarın üzərində peyda olub.

Heyvandarlıqla məşğul olan Okan Duman ilanları lentə alıb:

“Hər yerdə ilan var. Bu təbiətə nə olub, zəlzələ olacaqmı? İnana bilmirəm, qışın ortasında qarda ilanlar gəzir. Bu normal deyil".

Zəlzələ üzrə elm adamları bir müddət əvvəl Tuncelinin ciddi zəlzələ təhlükəsi altında olduğunu və 7,4 bal gücündə zəlzələ gözlədiklərini açıqlayıblar.

Həmin görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru