KİV: Ərdoğan ABŞ səfərini təxirə salıb

27-04-2024, 00:11           
KİV: Ərdoğan ABŞ səfərini təxirə salıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-yə planlaşdırılan səfərini proqramında dəyişikliklərlə əlaqədar təxirə salıb.

xəbər verir ki, bu barədə "Haber Global" telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

Hökumətyönlü "Hürriyyət" qəzeti aprelin 26-da Ərdoğanın Vaşinqton səfərinə hazırlıqların davam etdiyini və hazırlıqların ləğvi ilə bağlı heç bir əmr verilmədiyini yazıb. Nəşr həftənin əvvəlində ABŞ-dəki bəzi siyasi qrupların Türkiyə liderinin səfərini ləğv etməyə çalışdığını yazıb. Onlar hesab edirlər ki, Ərdoğanın HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə bu yaxınlarda keçirdiyi görüşdən sonra onun prezident Co Baydenlə danışıqları Ağ Evin hazırkı rəhbərinə seçicilərin dəstəyinin azalmasına səbəb ola bilər. Türkiyə mediasının bir gün əvvəl yazdığı kimi, Ağ Ev Baydenin proqramında Ərdoğanla görüşün olmadığını bildirib.

Həmçinin Ərdoğan administrasiyası tərəfindən ABŞ-yə səfərlə bağlı rəsmi açıqlama verilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.