Türkiyədə inflyasiya rekord həddə

4-06-2024, 08:14           
Türkiyədə inflyasiya rekord həddə
Türkiyədə may ayında inflyasiya 2022-ci ilin noyabr ayından bu yana rekord həddə yüksələrək 75,45% təşkil edib.

Bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

İstehlak qiymətlərində ən çox illik artım təhsil sektorunda (93,2%), mehmanxana, kafe və restoranlarda (92,9%), tütün və spirtli içkilərin qiymətlərində (86,9%) qeydə alınıb. Aylıq ifadədə inflyasiya 2024-cü ilin may ayında 3,37% təşkil edib./iqtisadiyyat.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.