Bölgədə separatçı ayaqlanma: - “Əvvəlcə muxtariyyət, ardınca müstəqillik...”

7-06-2024, 16:38           
Bölgədə separatçı ayaqlanma: -
PKK/PYD terror təşkilatı Suriyanın şimalında Cəzirə, Deyr əz-Zor, Raqqa, Tabka, Fərat, Mənbiç və Afrinin Şəhba bölgələrində “dövlət” qurmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli jurnalist Məlik Yiğitəl deyib.

“PKK/PYD terror təşkilatı Suriyada ABŞ-nin dəstəyi ilə özünə yer etmək üçün müxtəlif üsullara əl atır. Bu məqsədlə bəzi bölgələrdəki müxtəlif etnik və dini icmaları köçə məcbur edir, hər vasitədən, o cümlədən ən ağır zorakılıq üsullarından istifadə edirlər. Türkiyənin qətiyyətli mövqeyi ilə hər dəfə məyus olan terror təşkilatı bu dəfə qondarma seçki keçirərək, beynəlxalq ictimaiyyətin gözündə müsbət imic qazanmağa cəhd göstərdi. Amma bu da nəticə vermədi”, - jurnalist bildirib.

Yiğitəlin sözlərinə görə, terror təşkilatının iyunun 11-nə Şimali Suriyada təyin etdiyi “bələdiyyə seçkiləri” Türkiyənin sərt xəbərdarlığından sonra təxirə salınıb.

Jurnalist qeyd edib ki, Şimali Suriyada “muxtariyyət” quran terrorçular ABŞ-nin cəhdi ilə ilk belə cəhdi 2017-ci ildə etsələr də, Türkiyə buna imkan verməmişdi. O zaman Türkiyənin həmlələrindən sonra ABŞ Suriyada keçiriləcək hər seçkinin BMT Nizamnaməsinə uyğun olmalı olduğunu açıqlamışdı.

Yiğitəl vurğulayıb ki, Ankaranın Vaşinqton və terrorçulara xəbərdarlıqları bu dəfə də nəticə verib:

“Terror təşkilatı əvvəlcə mayın 30-na, sonra iyunun 11-nə, indi də avqusta qədər təxirə saldığı qondarma seçkiləri tamamilə ləğv edənə qədər Türkiyənin sıx təzyiqi ilə üzləşəcək. Həm diplomatik, həm də hərbi mənbələr bu qətiyyəti açıq şəkildə bildirirlər. Prezident Ərdoğan və müdafiə naziri Yaşar Gülər ​də ​məsələ ilə bağlı lazımi xəbərdarlıqlar edib. Bu qondarma seçkilər tamamilə ləğv edilməlidir. Belə bir vəziyyəti qəbul etmək mümkün deyil.

PKK/PYD Suriyanın şimalında Cəzirə, Deyr əz-Zor, Raqqa, Tabka, Fərat, Mənbiç və Afrinin Şəhba bölgələrində “seçki” keçirməyi planlaşdırır. Terror təşkilatı əvvəlcə Suriyada rəsmi muxtariyyət statusu əldə etmək, ardınca “müstəqil dövlət” qurmaq xülyasındadır. Amma bu xülyaları Suriya Kürd Milli Şurası və Suriya Kürdüstanı Demokratik Partiyası kimi təşkilatlar belə bölüşmür. Seçkiləri boykot etmək barədə ilk qərar onlardan gəlib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.