Pezeşkianın tərəfdarları İranı ayağa qaldırdı: Ali Baş Komandanın əsgəriyik! – Şok video

3-07-2024, 18:30           
Pezeşkianın tərəfdarları İranı ayağa qaldırdı: Ali Baş Komandanın əsgəriyik! – Şok video
İranda prezident seçkilərinin ikinci turuna az qalıb. Seçki günü yaxınlaşdıqca siyasi ehtiraslar daha da qızışır. Yenisabah.az xəbər verir ki, ötən həftənin cümə günü baş tutan birinci turda bütün rəqiblərini qabaqlayaraq, yarışmanı öndə tamamlayan azərbaycanlı prezidentliyə namizəd Məsud Pezeşkian etdiyi jestlərlə təkcə İranda deyil, Azərbaycanda da diqqəti öz üzərinə çəkməyi bacarıb. Bu gün Urmiyada on minlərlə tərəfdarı ilə bir araya gəlməyə hazırlaşan namizədin hazırlatdığı sosial çarxı heyranları tərəfindən azərbaycanlı meyxana ustası Nurlan Ordubadlının Vətən müharibəsi dövründə yazdığı məhşur “Yaşa Azərbaycan” ifası ilə təqdim edilib.
Məsud Pezeşkianın bu addımı sosial şəbəkələrin həm İran, həm də Azərbaycan seqmentində maraqla qarşılanıb. Minlərlə insan vətənpərvər mövqeyinə görə siyasətçiyə təşəkkür edib.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, İranda prezident seçkilərinin ikinci turu iyulun 5-də keçiriləcək.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.