Merih Demiralın atası danışdı: - “Bozqurd türklüyün simvoludur, ağladım...”

5-07-2024, 12:33           
Merih Demiralın atası danışdı: - “Bozqurd türklüyün simvoludur, ağladım...”
Xəbər verdiyimiz kimi, Avropa çempionatında Avstriya ilə matçda qol vurduqdan sonra qələbəsini “Bozqurd” işarəsi ilə qeyd edən Türkiyə millisinin üzvü Merih Demiralın hərəkəti UEFA tərəfindən “siyasi” olaraq qəbul edilib və qurum araşdırmaya başlayıb.

Bizim.Media xəbər verir ki, futbolçunun atası məsələ ilə bağlı Türkiyənin ATV kanalına danışıb.

“Son oyunda ağladım. Sevincimdən səhərə qədər yata bilmədim. Oğlumla danışdım. Dedi ki, inşallah Niderland matçını qazanıb finala qədər gedərik.

Qol sevincinə gəldikdə isə bozqurd işarəsi türklüyün simvoludur. Oğlum ona işarə elədi, başqa açıqlaması yoxdur. O hərəkətdə pis niyyət yoxdur ”, - deyə Burhan Demiral bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru