Ərdoğanla Putinin görüşü bitdi - Yeniləndi

4-09-2016, 00:57           

20:07

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Çində bir araya gəlib.

Axar.az xəbər verir ki, G20 sammiti çərçivəsində Xançzjou şəhərində baş tutan görüş 1 saat gecikmə ilə başlayıb.

Müzakirələrdən sonra hər iki liderin açıqlama verəcəyi gözlənilir.

***

20:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşdən öncə jurnalistlərə açıqlama verib.

Axar.az xəbər verir ki, Ərdoğan iki ölkə arasında çarter uçuşlarına görə Putinə təşəkkürünü bildirib.

“Sankt-Peterburq şəhərində dəyərləndirlən mövzular burada yenidən təkrarlanacaq. İstər siyasi, istəri iqtisadi və istərsə də bölgədəki mövcud problemlər və gələcəyə yönəlik məsələləri müzakirə etmək fürsətimiz olacaq. İnanıram ki, atacağımız addımlar prosesi daha da sürətləndirəcək”.

Putin isə Türkiyənin olduqca çətin dönəmdən keçdiyini xatırladıb:

“Türkiyənin çətin proseslərdən keçdiyini görürük. Bu ölkədə daxili siyasi həyatın normallaşmasından məmnunuq”.

Qeyd edək ki, "Şanqri La" otelində baş tutan görüş hələ də davam edir.

***

Rusiya Dövlət Başçısı Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşü başa çatıb.

Axar.az xəbər verir ki, görüş 1 saat 45 dəqiqə dəqiqə mətbuata qapalı şəkildə keçib.

Liderlər müzakirələrdən sonra jurnalistlərə açıqlama verməyiblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.