Türkiyə ordusu İŞİD-in nəzarətində olan bölgəyə daxil oldu

4-09-2016, 00:59           
Türkiyə ordusu İŞİD-in nəzarətində olan bölgəyə daxil oldu
Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar terrorçu İŞİD-in nəzarəti altında olan Suriyanın Çobanbey bölgəsinə daxil olub.

"Haber7" xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri bu bölgəyə hərəkət etmək üçün bir neçə gün hazırlıq görüblər.

Məlumata görə, 4 tank Çobanbeyin Əlibəyli sərhəd kəndinə keçərək bölgənin mərkəzinə doğru hərəkət edib.

Xəbərdə bildirilib ki, avqustun 24-də başlayan "Fərat qalxanı" əməliyyatında Cerablusdan sonra Çobanbey bölgəsində əməliyyata başlanılıb.

Məlumata görə, Türkiyə-Suriya sərhədində 20-dən çox tank isə gözləyir.

Xəbərdə vurğulanıb ki, Çobanbey qəsəbəsinin sakinləri türkmənlərdir. Bununla da Cerablus-Çobanbey əlaqəsini təmin etmək üçün "Fərat qalxanı" antiterror əməliyyatının üçüncü mərhələsi başlayıb. Hədəf bu mərhələdə 10 gün ərzində 70 kilometrlik ərazinin terrorçu İŞİD qruplaşmasından təmizlənilməsidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.