Ərdoğan gələn həftə BMT-də çıxış edəcək

18-09-2024, 12:44           
Ərdoğan gələn həftə BMT-də çıxış edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 24-də BMT Baş Assambleyasında çıxış edəcək.

“Anadolu”nun məlumatına görə, Ərdoğanın BMT-nin 79-cu Baş Assambleyasında çıxışında İsrailin Qəzza zolağına hücumlar ilk yerdədir.

Prezident Ərdoğan beynəlxalq ictimaiyyəti İsrailin hücumlarına qarşı durmağa çağıracaq. Ərdoğan BMT Baş Assambleyasının sessiyası çərçivəsində dövlət və hökumət başçıları ilə də görüşlər keçirəcək.

Dünya liderlərini hər il Nyu-Yorkda bir araya gətirən BMT Baş Assambleyasının 79-cu sessiyası sentyabrın 22-də “Gələcək Sammiti” ilə açılacaq.

BMT-nin yüksək səviyyəli sessiyasında 190 ölkə təmsil olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru