Türkiyə: İsrail İranı legitim addımlar atmağa məcbur edir

Dünən, 12:54           
Türkiyə: İsrail İranı legitim addımlar atmağa məcbur edir
Türkiyənin xarici işlər naziri şənbə günü İstanbulda iranlı həmkarı ilə keçirilən birgə mətbuat konfransında deyib ki, İsrailin Livan və Qəzzaya hücumları İranı “legitim addımlar” atmağa vadar edir.

“İsrailin aqressiv mövqeyi İranı özünümüdafiə addımları atmağa məcbur edir,” Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçinin yanında oturarkən deyib.

O bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu “bölgədə daim yeni cəbhələr açır” və “İranı bu müharibəyə cəlb etməyə çalışır.”

“Müharibəni bütöv regiona yayılması riskini heç vaxt kiçiltmək olmaz,” o deyib.

Cümə günü İstanbulda Cənubi Qafqaz ölkələrinin görüşündə iştirak edən Əraqçi deyib ki, Livanda artan gərginlik “çox narahatedicidir.”

“Regionda müharibə ehtimalı hər zaman ciddidir və sionist rejimdən başqa heç kəs bunun baş verməsini istəmir. Biz gərginliyi azaltmaq istəyirik, amma hər cür ssenariyə hazırıq,” o deyib.

İran Qəzzada islamçı qrup olan HƏMAS-ı, Livanda isə Hizbullahı dəstəkləyir. Hər iki qrupun yüksək səviyyəli liderləri Yaxın Şərqdə genişlənən böhran çərçivəsində İsrail tərəfindən öldürülüb.

İran həmçinin Yəməndə husi üsyançılarını və İraqda şiə yarı-hərbi dəstələri, o cümlədən Suriyanın silahlı qüvvələrini dəstəkləyir. Tehran bu proksiləri və yarı-hərbi dəstələri İsrailə qarşı “müqavimət oxu” adlandırır.

İran Hizbullah rəhbəri Həssən Nəsrullahın sentyabrın 27-də Beyrutda və HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin iyulun 31-də Tehranda öldürülməsinə cavab olaraq oktyabrın 1-də İsrailə 200-ə yaxın raket atıb.

Həmin hücuma görə İrana cavab verməyi vəd edən İsrail çərşənbə günü HƏMAS lideri Yəhya Sinvarı öldürüb. Sinvar 2023-cü ilin oktyabrın 7-də hazırkı münaqişəyə səbəb olan hücumun memarı olub.

İranın İnqilab Keşikçiləri Korpusu xəbərdarlıq edib ki, İsrail İran hədəflərinə hücum etsə, onlar da İsrailə “ağrılı” şəkildə zərbə endiriləcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.