Türkiyə "Eurofighter"lərin alışı ilə bağlı müsbət siqnallar alıb - Hakan Fidan

21-10-2024, 09:24           
Türkiyə "Eurofighter"lərin alışı ilə bağlı müsbət siqnallar alıb - Hakan Fidan
Habertürk telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən xəbər verir ki, London Berlinlə bu problemin həllinə kömək edəcəyinə söz verib.
"Eurofighter" qırıcılarının alınması ilə bağlı Türkiyə London və Berlindən müsbət siqnallar alıb. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Haber Global" telekanalına müsahibəsində deyib.
"Dəyərləndirməmiz zamanı məlum oldu ki, "Eurofighter" istifadə edə biləcəyimiz təyyarədir. Bizim bir xahişimiz var və üç ölkə buna müsbət yanaşır. Böyük Britaniya bu məsələ ilə bağlı müzakirələrdə fəal iştirak edib. Almaniya da müsbət siqnallar verir", Fidan bildirib.
Bundan əvvəl AHaber telekanalı Almaniyanın Türkiyə ilə "Eurofighter" qırıcılarının tədarükü ilə bağlı texniki danışıqlara başlamağa razılaşdığını bildirmişdi. Ankara artıq Böyük Britaniya və İspaniyadan 40 təyyarə almağı planlaşdırır. Hazırda Almaniya ilə onun etirazlarını aradan qaldırmaq üçün danışıqlar aparılır.
Habertürk telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən xəbər verir ki, London Berlinlə bu problemin həllinə kömək edəcəyinə söz verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.