Azərbaycanlı fəal Yaşar Nikrunun bir il həbs cəzası qüvvədə saxlanılıb

23-10-2024, 17:04           
Azərbaycanlı fəal Yaşar Nikrunun bir il həbs cəzası qüvvədə saxlanılıb
Azərbaycanlı fəal Yaşar Nikru Gilan vilayətinin Rəşt şəhəri İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən bir il müddətinə azadlıqdan məhrum edilib.

Nikrunun İnstagram səhifəsində yayımladığı məlumata görə, ona qarşı 2021-ci ildə "sistemə qarşı təbliğat fəaliyyəti aparmaq" ittihamı ilə cinayət işi açılıb. Bu ittihamla bağlı məhkəmə iclası 2024-cü il 10 sentyabrda Rəşt İnqilab Məhkəməsində keçirilib və fəal qiyabi olaraq bir il həbs cəzasına məhkum edilib.

Yaşar Nikru 9 oktyabrda İnqilab Məhkəməsinin çıxardığı ilkin hökmə etiraz etsə də, məhkəmə bu etirazı rədd edib və qərarı qüvvədə saxlayıb. O, 21 oktyabrda hökmün şifahi olaraq ona elan edildiyini və ilkin məhkəmə qərarının dəyişdirilmədiyini qeyd edib.

Eyni vaxtda Rəşt İnqilab Məhkəməsi digər fəal, Vədud Əsədi barəsində də 5 il 6 ay müddətinə həbs cəzası çıxarıb. Əsədi “sistemə qarşı təbliğat aparmaq", “sistemə müxalif qruplara üzv olmaq” və “lideri təhqir etmək” ittihamlarından müvafiq olaraq, 1 il, 3 il 6 ay və 1 il müddətinə azadlıqdan məhrum edilib.

İranda türk fəallar dinc və sivil yolla etnik hüquqlar uğrunda fəaliyyət göstərsələr də, məhkəmə sistemi tərəfindən həbslərlə üzləşirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru