Ankarada baş verən terrorda 4 nəfər ölüb, 14 nəfər yaralanıb
24-10-2024, 08:23
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.
AYNA-nın məlumatına görə, Türkiyə lideri bunu Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
***
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya TUSAŞ-ın istehsal obyektində baş verənləri terror aktı adlandırıb.
O, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Nazir hadisə nəticəsində ölən və yaralananların olduğunu da bildirib.
Türkiyə mətbuatının məlumatına görə, söhbət kamikadzenin partlayıcı qurğunu işə salmasından gedir.
Daha əvvəl verilən məlumata görə, Ankarada TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, bundan sonra atəş səsləri eşidilib. Müəssisənin işçiləri təhlükəsizlik məqsədilə təxliyə edilib.
Terror aktından sonra atışmanın davam etdiyi, təhlükəsizlik qüvvələri, yanğınsöndürənlər və tibb işçilərinin hadisə yerinə getdiyi bildirilir.