Türkiyə ordusu İraq və Suriyada terrorçuların hədəflərinə zərbələr endirir
24-10-2024, 15:24
Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq və Suriyanın şimalında terrorçulara məxsus ümumilikdə 32 hədəfə qarşı hava əməliyyatı keçirilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək ölkəyə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə, BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq hava əməliyyatları davam edir", - nazirlikdən verilən yazılı açıqlamada qeyd olunub.
Əməliyyatlarda çoxlu sayda terrorçu zərərsizləşdirilib.