Həmin terrorçulardan birinin kimliyi məlum oldu

24-10-2024, 18:58           
Həmin terrorçulardan birinin kimliyi məlum oldu
Ötən gün Ankarada TUSAŞ aerokosmik şirkətinin inzibati binasına hücum edən terrorçulardan birinin şəxsiyyəti məlum olub.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya rəsmi “X” hesabında bildirib.

Onun sözlərinə görə, digər qadın terrorçunun kimliyi ilə bağlı araşdırmalar davam etdirilir: “Dünən TUSAŞ-da baş verən xain terror aktında zərərsizləşdirilən kişi terrorçunun şəxsiyyəti müəyyənləşib. Onun PKK terror təşkilatının üzvü, “Rojger” kod adlı Ali Örek olması müəyyən edilib.

Şəhidlərimizə bir daha rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Heç bir terror aktı bizi qorxuda bilməz!”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, sözügedən terror hücumu nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru