Ermənistanlı müğənni Qazaxıstanda keçirilən Voice of Turan müsabiqəsində qalib gəldi

25-10-2024, 07:58           
Ermənistanlı müğənni Qazaxıstanda keçirilən Voice of Turan müsabiqəsində qalib gəldi
Qazaxıstanın Türküstan şəhərində «Voice of Turan-2024» (Turanın səsi - 2024) mahnı müsabiqəsi keçirilib, yarışın qalibi Ermənistandan olan müğənni Suzanna Melkonyan olub.
Ermənistanı təmsil edən Suzanna Melkonyan «Voice of Turan» musiqi müsabiqəsində Qazaxıstanın beynəlxalq mahnı festivalı çərçivəsində qalib gəlib. Bu barədə müğənni Instaqramda məlumat verib. Festivalın təşkilatçıları Qazaxıstan müəlliflərinin əsərlərinin populyarlaşdırılmasını və «müqəddəs Türküstanı türk dünyasının mənəvi paytaxtı kimi tanıtmağı» adlandırıblar. Müsabiqə iştirakçıları qazaxıstanlı sənətçilərlə duet ifa etdilər, sonra qazax mahnısı ilə çıxış etdilər. Festivalda Gürcüstan, Azərbaycan, Türkiyə, Indoneziya, Ispaniya, Kuba, Venesuela, Qırğızıstan, Özbəkistan, Rusiya, Belarus, Kipr, Bolqarıstan və Kosovonun nümayəndələri də iştirak edib.
Qazaxıstanda 15-16 oktyabr Ermənistan mədəniyyət günləri keçirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru