Türkiyədən PKK-ya ağır zərbə: 30 terrorçu məhv edildi

26-10-2024, 00:18           
Türkiyədən PKK-ya ağır zərbə: 30 terrorçu məhv edildi
Türkiyə ordusu İraqın şimalında Hakurk, Qara, Kandil və Sincar bölgələrində 34 terror hədəfinə qarşı həyata keçirilən hava əməliyyatlarında 30 PKK terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi açıqlama verib.

“Güclüyük, qətiyyətliyik! Dünən gecə (24 oktyabr) İraqın şimalındakı Hakurk, Qara, Kandil və Sincar bölgələrindəki 34 terror hədəfinə qarşı həyata keçirilən hava əməliyyatlarında 30 PKK terrorçusu zərərsizləşdirilib. Terrorçuların yuvalarını başlarına yıxmağa davam edəcəyik!”, - məlumatda deyilir./Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru