Rusiya Türkiyədə ikinci AES-i tikəcək

26-10-2024, 11:38           
Rusiya Türkiyədə ikinci AES-i tikəcək
Rusiyanın "Rosatom" dövlət korporasiyası Prezident Rəcəb Tayyib Ərdoğandan Türkiyədə ikinci atom elektrik stansiyası (AES) tikmək təklifi alıb.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov məlumat verib.

"Hazırda Qara dənizdə yerləşən "Sinop" meydançasında Türkiyədə fəaliyyətimizin mümkün genişləndirilməsi ilə bağlı hökumət səviyyəsində məsləhətləşmələr aparırıq", - o qeyd edib.

A.Lixaçov R.T.Ərdoğanın bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə etdiyini də vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Türkiyədə tikintisini həyat keçirdiyi birinci AES olan "Akkuyu"nun 2025-ci ilin ortalarında işə salınması nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru