Adnan Oktarın dodaq uçuqladan sərvəti görün kimə qaldı

26-10-2024, 18:23           
Adnan Oktarın dodaq uçuqladan sərvəti görün kimə qaldı
Türkiyədə “Adnan Hoca” adı ilə tanınan və özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktarın sərvətinin dövlətə təhvil verilməsi prosesinin tamamlandığı iddia edilib.

Məhkəmə dindirməsi zamanı aylıq 3 min 500 lirə gəliri olduğunu iddia edən Oktarın 1 milyard dollar sərvətinin olduğu üzə çıxıb.

Bildirilib ki, MASAK-ın hesabatında Oktarın ümumi sərvəti 200 milyon dollar kimi qiymətləndirilib.

Maliyyə polisi təşkilata aid bankların, reyestr qeydlərinin və iş yerlərinin dəyərini hesablayarkən, təşkilatın 1 milyard dollarlıq sərvət idarə etdiyi ortaya çıxıb.

Xatırladaq ki, Adnan Oktara cinayət təşkilatı yaratmaq və idarə etmək, cinsi zorakılıq və cinsi təcavüz, təhsil hüququnun qarşısının alınması və şəxsi azadlıqdan məhrum etmə cinayətlərinə görə verilən cəmi 8 min 463 il 4 ay həbs cəzası verilib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru