Azərbaycan filmi Ankarada keçirilən sənədli film festivalında mükafat alıb
29-10-2024, 17:14
Türkiyədə keçirilən 9-cu Türk Dünyası Sənədli Film Festivalında "Sarı Gəlinin sorağında" sənədli filmi mükafat qazanıb. Ankarada baş tutan festivalda Azərbaycan da daxil olmaqla, 9 ölkə iştirak edib. Tədbir sonrası rejissor Mübariz Nağıyev təəssüratlarını Amerikanın Səsinə bildirib.