Şəkildəki qadın araşdırmaçı alimdir. Öz evində öldürülüb.

4-11-2024, 08:14           
Şəkildəki qadın araşdırmaçı alimdir. Öz evində öldürülüb.
Onun adı Bahriye Üçokdur. Türkdür. Ankara Universitetinin ilahiyyat fakültəsində çalışıb.
Ərəb və fars dillərini mükəmməl bilən Bahriye islam dininin tarixi ilə bağlı vacib araşdırmalar aparıb. 1988-ci ildə yerli televiziya kanallarının birindəki çıxışında islamda örtünmənin və oruc tutmağın vacib buyurulmadığını söyləyib.
O, bu çıxışından sonra kəskin tənqidlərə və təzyiqlərə məruz qalıb. Təhdid olunub.
1990-cı ildə onun Ankaradakı evinə bir qutu göndərilir. Bahriye xanım bundan şübhələnsə də, qutunu açmaq istəyir və bunu qapının çölündə edir. Qutu açılan kimi içinə yerləşdirilmiş bomba partlayır.
Ağır xəsarət alan, iki qolu, bir ayağı qopan alim xəstəxanaya yerləşdirilsə də, elə oradaca həyatını itirir.
Bu cinayəti "İslami Hərəkət" adlı gizli təşkilat öz üzərinə görürür. Bir nəfər "Cümhuriyyət" qəzetinin ofisinə zəng edərək adını çəkdiyim təşkilatın üzvü olduğunu və Bahriye Üçoku "yanlış düşüncələrinə" görə öldürdüklərini deyir.
Orxan İsmayılov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru